cümə axşamı 30 iyul 2026 - 15:19
ABŞ və Səudiyyə Ərəbistanı tərəfdən olunan təcavüzün məqsədi İraqda sabitliyin bərqərar olmasının qarşısını almaqdır

Hövzə / İraq İslam Ali Şurası ABŞ-Səudiyyə Ərəbistanı koalisiyasının bu ölkənin ərazisinə təcavüzünü qətiyyətlə pisləyərək bildirib ki, bu hücumun əsas məqsədi İraqda sabitliyin bərqərar olmasının və ölkə iqtisadiyyatının yenidən qurulmasının qarşısını almaqdır.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, İraq İslam Ali Şurası ABŞ və Səudiyyə Ərəbistanının bu ölkənin ərazisinə qarşı həyata keçirdiyi təcavüzü qətiyyətlə pisləyərək bildirib ki, bu addımın məqsədi İraqda sabitliyin bərqərar olmasının, ölkə iqtisadiyyatının yenidən qurulmasının qarşısını almaqdır.

İraq İslam Ali Şurasının rəsmi sözçüsü Əli Fazil Difai bildirib: Biz ABŞ və Səudiyyə Ərəbistanının İraqa qarşı həyata keçirdiyi təcavüzü və "Həşdi-Şəbi" tərkibində fəaliyyət göstərən rəsmi təhlükəsizlik qüvvələrinin hədəfə alınmasını qətiyyətlə pisləyirik. Bu hücum nəticəsində çox sayda şəhid və yaralı olub. İraq hökumətinin Fars körfəzi ölkələri ilə münasibətlərdə yeni səhifə açmaq istiqamətində ciddi səylər göstərdiyi bir vaxtda bu təcavüzün baş verməsi bizi ciddi şəkildə təəccübləndirir. Bu hadisə baş nazirin ABŞ-a səfərindən və iqtisadi tərəfdaşlığın qurulması, eləcə də münasibətlərin yeni mərhələyə keçirilməsi məqsədilə 48 anlaşma memorandumu imzalanmasından cəmi bir neçə gün sonra baş verib.

O əlavə edib: Baş verən hadisə region ölkələrinin xarici müdaxilədən uzaq şəkildə öz təhlükəsizlik və iqtisadi gələcəklərini müəyyənləşdirmək üçün ortaq anlaşmalar yaratmasının qarşısını almağa yönəlmiş sionist və Amerika səyləri çərçivəsində qiymətləndirilə bilər. Bundan əlavə, bu addımın məqsədi İraqda sabitliyin bərqərar olmasına, ölkə iqtisadiyyatının yenidən qurulmasına, eləcə də İraqın region ölkələrinin qovuşduğu mərkəz və mübahisələrin həllində, dövlətlər arasında anlaşmanın yaradılmasında müsbət vasitəçi roluna yenidən qayıtmasına mane olmaqdır.

Əli Fazil Difai vurğulayıb: Biz əminik ki, bu təcavüz təhlükəsizlik qüvvələrinin iradəsini, xalqımızın qətiyyətini, həmçinin İraqın mövqeyi və rolunu sarsıda bilməyəcək. Qüdrətli xalqımızın iradəsi qarşısında bütün fitnə və sui-qəsdlərin aqibəti məğlubiyyət olacaq.

O, son olaraq qeyd edib: Uca Allahdan diləyirik ki, Həşdi-Şəbi Qərargahından olan qeyrətli şəhidlərə rəhmət, yaralılara isə tezliklə şəfa nəsib etsin.

ABŞ və Səudiyyə Ərəbistanı tərəfdən olunan təcavüzün məqsədi İraqda sabitliyin bərqərar olmasının qarşısını almaqdır

İraq İslam Ali Şurası.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha